Türkiyə Ermənistanın hərəkətlərini PİSLƏDİ

1682545077 resize.jpeg

Türkiyə Xarici İşlər Nazirliyi İrəvanda “Nemezis abidəsi” qoyulmasını pisləyib.

Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

“Təsdiqi mümkün olmayan təfsir bəzi düşüncələrdə hələ də davam edir”, – deyə açıqlamada bildirilir.

Qeyd olunub ki, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin ruhu ilə bir araya sığmayan bu cür təxribatçı addımlar heç bir halda regionda davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə töhfə verməyəcək.