Türkiyə IV Avropa Oyunlarına ev sahibliyi edəcək

Turkiyebay.jpg

Türkiyə 2027-ci ildə təşkil olunacaq IV Avropa Oyunlarına ev sahibliyi edəcək.

Bunu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu deyib.

O, yarışın İstanbul şəhərində təşkil olunacağını bildirib.

Qeyd edək ki, 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi yarış son olaraq, ötən il Polşanın Krakov şəhərində keçirilib.