Türkiyə Kubokunun sahibi bəlli oldu

56503192165360094631264523410466934.jpg

Futbol üzrə Türkiyə Kubokunun qalibi məlum olub.

Avtor.az “Haber Global”a istinadla xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçirilən final matçı “Sivasspor”un “Kayserispor” üzərində 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Matçın ilk yarısı “Kayserispor”un 1:0 hesablı qələbəsi ilə başa çatsa da, “Sivasspor” 60-cı dəqiqədə hesabı bərabərləşdirib. Sonrakı dəqiqələrdə qapılara qol vurulmayıb və qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb.

Əlavə vaxta sürətli hücumlara başlayan “Sivasspor” 95-ci dəqiqədə Qradelin qolu ilə hesabda 2-1 önə keçib.

“Kayserispor” bu qola 107-ci dəqiqədə İlhan Parlakla cavab verib və matçda hesabı yenidən bərabərləşdirib.

“Sivasspor”un heyətində oyuna 111-ci dəqiqədə daxil olan Konate 113-cü dəqiqədə vurduğu qolla komandasını növbəti dəfə hesabda irəli çıxarıb.

Qalan hissədə qapılara qol vurulmayıb, bununla da “Sivasspor” 3-2 hesabı ilə qalib gələrək kuboka sahib olub.