Türkiyə Mərkəzi Bankına xanım rəhbər gətirilir

1685966056 hafize gaye erkan kimdir kac yasinda nereli hafize gaye erkan biyografisi 1685724486634.jpeg

Türkiyə Mərkəzi Bankının sədri dəyişdirilə bilər.

Hafize Qaye Erkanın bu vəzifəyə gətirilməsi ilə bağlı müzakirələr aparılır.

“Bloomberg” agentliyinin məlumatına görə, Türkiyənin yeni maliyyə və xəzinə naziri Mehmet Şimşek Qaye Erkanla görüş keçirib. Görüşün detalları açıqlanmayıb.

ABŞ-da yaşayan və “ən gənc maliyyə professoru” adını qazanan Erkanın dünən Ankaraya gəldiyi bildirilir.

41 yaşlı iqtisadçı Boğaziçi və ABŞ-ın Prinston Universitetlərində təhsil alıb. Qaye Erkan ABŞ-da müxtəlif beynəlxalq təşkilatlarda və qurumlarda çalışıb.