Türkiyə MN-dən taxıl sazişi müzakirələri barədə AÇIQLAMA

1683807459 1682233546 1039461.jpg

Türkiyə, Rusiya Federasiyası, Ukrayna və BMT yaxın gələcəkdə taxıl müqaviləsinin uzadılması ilə bağlı danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2 gün davam edən toplantılarda tərəflər konstruktiv mövqe sərgiləyiblər. Ukrayna limanlarında qalan gəmilər və ekipaj üzvlərinin geri qayıtmasının təşkili ilə bağlı müsbət yanaşmalar olub.

Taxıl sazişinin imzalanmasının dünya ərzaq bazarında qiymətlərin stabilləşməsinə gətirib çıxardığı vurğulanıb.