Türkiyə Ordusu İraqın şimalında 9 terrorçunu hava zərbəsi ilə zərərsizləşdirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Türk Silahlı Qüvvələri İraqın şimalında terrorçu təmizliyini sürətini azaltmadan davam etdirir. Pəncə-Kilid Əməliyyatı bölgəsində aşkarlanan 9 PKK terrorçusu hava əməliyyatı ilə məhv edilib. Bölgədə bir nəfər də olsun terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək”, – deyə məlumatda qeyd edilir.
Qeyd edək ki, bundan öncə İstanbulda PKK terror təşkilatının daha 9 üzvü saxlanılıb.

