Türkiyə pilotsuz uçuş aparatları (PUA) əleyhinə avadanlıqların istehsalına başlayıb.
Avtor.az Türkiyə KİV-inə istinadla xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmail Dəmir məlumat verib.
O, Türkiyənin bu səviyyəyə asanlıqla gəlib çatmadığını bildirib.
Nazir həmçinin deyib ki, hazırda “Hürjet” reaktiv təlim təyyarəsinin sınaqları keçirilir: “Təyyarə 2023-cü ildə istifadəyə veriləcək”.

