Türkiyə və Azərbaycan spikerləri danışıqlar apardılar

1689166786 c1b90f05 1b43 3a40 8355 f68582999498 850.jpg

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova arasında görüş keçirilib.

Bu barədə Kurtulmuş tviter hesabında yazıb.

O bildirib ki, görüş zamanı iki ölkə arasındakı əlaqələr, həmçinin, regional məsələlər müzakirə olunub.

Bundan əlavə, spikerlər parlamentlərarası əlaqələrin hazırkı səviyyəsindən məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, Kurtulmuş spiker kimi Azərbaycana ilk rəsmi səfərinə gəlib