Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Yəmən husilərinin Qırmızı dənizdə “Anadolu S” yük gəmisinə raket hücumunu pisləyib.
Bu barədə Türkiyən XİN-in “X” hesabında paylaşım edilib.
“Biz Yəmən sahillərində türk şirkətinə məxsus Panama bayraqlı “Anadolu S” yük gəmisinə husilərin raket hücumunu pisləyirik”, – deyə bəyanatda bildirilir.

