Türkiyədə Alpaqut üzrə dünya kuboku keçirilir – VİDEO

02ef0753 b71d 49d4 887e 9eb14795aca1 0.jpg

Türkiyənin 4-cü böyük şəhəri Bursada alpaqut üzrə dünya çempionatı keçirilir.

Avtor.az xəbər verir ki, çempionatda dünyanın 20 ölkəsindən idmançılar iştirak edir. Alpaqut döyüş sənətinin qurucusu kutsan Vasif Namazov o cümlədən Beynəlxalq Turan Oyunları Komitəsinin prezidenti Fərid Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti dünya çempionatında iştirak edirlər.

Xatırladaq ki, 2018-ci ildə Bakıda keçirilmiş alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında Azərbaycan idmançıları komanda hesabında qalib olublar. Türkiyə komandası ikinci, Qazaxıstan və Gürcüstan yığmaları isə üçüncü yerə layiq görülüblər.

“Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut idmanı türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası kutsan Vasif Namazov tərəfindən yaradılıb və türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezindən ibarətdir.

Dünya Alpaqut Federasiyası 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib. Federasiyanın Azərbaycanla yanaşı, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan, Rusiya və digər ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir.

YouTube video