Türkiyədə dumana görə gəmilərin hərəkəti dayandırıldı

Ist sis aa 1973017 2.jpg

Türkiyənin İstanbul şəhərində üç gündür müşahidə olunan güclü duman səbəbindən dənizdə görmə məsafəsi azalıb.

Avtor.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna görə Dardanel boğazında gəmilərin hərəkəti dayandırılıb.

Bütün şəhərdə səhər saatlarında təsirini artıran duman səbəbindən sürücülərin irəliləməkdə çətinlik çəkdiyi bildirilib.

Qeyd edək ki, yanvarın 1-dən İstanbulda güclü duman müşahidə olunur.