Türkiyədə məşhur eSIM provayderlərinə giriş məhdudlaşdırıldı

18ivyxpoku0iiwxbyntz5wlwdp8mowhb5ao0ncm4 1200.webp

Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsi (BTK) ölkədə səkkiz xarici “eSIM” (elektron SIM-kart) provayderinə girişə məhdudiyyət tətbiq edib.

Oxu.Az bu barədə “Haber 7” portalına istinadla məlumat verir.

Məhdudiyyət qoyulan xidmətlər arasında “Saily”, “Airalo”, “Holafly”, “Nomad”, “Instabridge”, “Mobimatter”, “Alosim” və BNESIM kimi beynəlxalq platformalar yer alır.

Məlumata görə, Türkiyədə analoji xidmət göstərən “Türk Telekom”, “Turkcell” və “Vodafone” kimi yerli şirkətlərin fəaliyyəti isə davam edir.

Bunula belə, sadalanan xarici xidmət provayderlərinin saytlarına bəzən VPN-lə, bəzən isə birbaşa daxil olmaq mümkün olub.

Qeyd edək ki, “eSIM” – fiziki kart tələb etməyən rəqəmsal və ya qurğuda quraşdırılmış SIM-kart növüdür və xüsusilə turistlər arasında geniş istifadə olunur.