Türkiyədə növbəti zəlzələ qeydə alındı

1680757990 untitled.jpg

Türkiyənin Adana vilayətində yenidən zəlzələ qeydə alınıb.

Bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Aladağ rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3.8 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7.3 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.