Türkiyədə yaşayış binasında güclü YANĞIN

1682628161 16826277195863434114 1200x630.jpg

Türkiyənin İzmir şəhərində 8 mərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, yanğın qısa müddətdə bütün binaya yayılıb. Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.