Türkiyədə yenə ZƏLZƏLƏ OLDU

1676870532 7430fe90d604852deff28256fdb3c280.jpg

Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) rəsmi tviter səhifəsində məlumat yayıb.

Rixter şkalası ilə 3.5 balla qiymətləndirilən yeraltı təkan vilayətin Pazarcık rayonunda baş verib.

Zəlzələnin ocağı yerin 7 kilometr dərinliyində yerləşib.

İtki və dağıntı yoxdur.