Türkiyədəki zəlzələdə 3 erməni ölüb

1676267530 fhn xilasetme 130223 1.jpg

Türkiyədə baş verən zəlzələ nəticəsində 3 erməni ölüb.

Avtor.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ölənlər bir ailənin üzvləridir.

Mesrob ailəsinin üzvlərinin cəsədləri İsgəndərun şəhərində binanın dağıntıları altından çıxarılıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.