Türkiyənin Azərbaycandakı səfiri Anım Günü ilə bağlı paylaşım edib

66c71fd9 9076 300b 95df E061e97b0157 850.jpg

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

Müvafiq paylaşım səfirin “X” sosial şəbəkəsindəki hesabında dərc edilib.

“Qardaş Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edirik!”, – paylaşımda qeyd olunub.