Türkiyənin məşhur müğənnisi konsert zamanı vəfat edib

D9d11e60 098a 3d51 8b06 78fb1c37cd9d 850.jpg

Şimali Kipr Türk Cümhuriyyətində konsert verən Türkiyənin məşhur müğənnisi Volkan Konakın səhnədə birdən vəziyyəti pisləşib və o, huşunu itirərək yerə yıxılıb.

BAKU.NEWS Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.

Həkimlərin müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 58 yaşında dünyasını dəyişən Volkan Konak Türkiyədə özünəməxsus ifası ilə tanınıb.