Türkmənistanlı deputatlar Azərbaycana gələcək

488e4104162651257436873681910218592.jpg

Türkmənistan Milli Gənəşinin (parlament) nümayəndə heyəti iyunun 30-da Azərbaycana səfər edəcək.

Səfər Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovun göstərişi ilə baş tutacaq.

Türkmənistan parlamentinin nümayəndələri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təmin edilməsində milli parlamentlərin rolunun artırılması” mövzusuna həsr olunan konfransda, həmçinin konfrans çərçivəsində keçiriləcək tədbir və görüşlərdə iştirak edəcəklər.