Üç avtomobildən 14 min manatdan çox pul oğurlanıb

1a725948164344644262751675610685899.jpg

Abşeronda 1 evdən və 3 avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki evdən 820 manatlıq qızıl-zinət əşyaları, avtomobillərdən isə ümumilikdə 14.500 manat pul oğurlandığı məlum olub.

Keçirilən əməliyyat tədbirləri ilə oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev saxlanılıb.