Sonuncu dəfə “Üç kuruş” serialında rol alan aktyor Bora Akkaş ata olacaq.
Bu barədə aktyorun həyat yoldaşı Oben Alkan sosial media hesabında yazıb.
“Gələcək üçün ümidli olmağı borclu olduğum 5 balaca barmaq” deyə, o, şəkillərinə yazıb.
Qeyd edək ki, Bora 2017-ci ildə aktrisa Seda Türkmənlə ailə qurmuşdu. Cütlük 2019-cu ildə boşandıqdan sonra iki il eşq yaşadığı Obenlə evlənib.

