Ucarda 45 yaşlı kişini qatar vurub

9cb9ed4f165587636414705432610676590.jpg

Ucar rayon prokurorluğu rayon ərazisində qatarın adam vurması ilə bağlı məlumat yayıb.

Rayon Prokurorluğundan verilən məlumata görə, iyunun 21-i saat 12 radələrində Göyçay rayon sakini 1977-ci il təvəllüdlü Akif İbrahimovun qatarın vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bakı-Tbilisi dəmiryol xəttinin Ucar rayonu ərazisindən keçən 234-cü km-də hərəkətdə olan qatarın Akif İbrahimovu vurması nəticəsində sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.