ÜDSY üçün müraciət sisteminə yenilik edilib

8123b781164612244630952978210723636 1.jpg

“Ünvanlı dövlət sosial yardımı (ÜDYS) üçün müraciət sistemində yenilik edilib”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialının direktoru Nicat İsmayılov “Sosial saat”da deyib.

O bildirib ki, artıq vətəndaşların müavinətləri, təqaüdləri, əmək haqqlarını, rabitə və kommunal xərclərini bəyan etməsi tələb olunmur:

“Bundan başqa bütün mobil nömrələr inteqrasiya olunur. Vətəndaş yalnız stasionar telefon nömrəsini və illik xərci bəyan etməlidir. Həmçinin vətəndaşların kommunal sayğaclara aid abonent kodlarını, əmlaklarını, faktiki yaşayış ünvanını bəyan etməsi lazımdır. Yeniliklər artıq bir neçə gündür tətbiq olunur” – o deyib.