Ukrayna Moldovanı qarşıdurmaya sövq edir – Rusiyadan iddia

1676360581 ukraine russia moldova flag ripped paper grunge background ukraine russia moldova flag ripped paper grunge background abstract 242759726.jpg

“Kişinyovun Rusiyanın Moldovada vəziyyəti destabilizasiya etmək planı ilə bağlı bəyanatları əsassızdır”.

Avtor.az TASS-a istinadən xəbər verir ki, bu, Rusiya XİN-in Moldova prezidenti Maya Sandunun dünənki açıqlamasına cavabında bildirilib.

“Kiyev Kişinyovu Rusiya Federasiyası ilə şiddətli qarşıdurmaya cəlb etməyi hədəfləyir. Moskva Moldova hakimiyyətini dövlət müdrikliyi göstərməyə, kənardan gələn təxribatlara uymamağa çağırır”, – deyə məlumatda vurğulanıb.

Rusiya XİN-in açıqlamasında ABŞ-ın Suriyadakı zəlzələ ilə bağlı addımlarına da münasibət bildirilib.

“Qərb Suriyadakı zəlzələdən zərər çəkmiş insanların ehtiyacları barədə spekulyasiya edir, sərhədyanı yardım mexanizmini genişləndirmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət edir”, – deyə qeyd olunub.