Ukrayna ordusu Baxmutda irəliləyir – Nazir müavini

1689279586 eb55aa73 e772 31ff bad9 8f8c9d5ee2b3 850.jpg

Ukrayna silahlı qüvvələri Donetsk və Zaporojye vilayətlərində irəliləməyə davam edir.

Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar özünün “Telegram” kanalında yazıb.

O qeyd edib ki, Ukrayna ordusu qismən uğur qazanır və hazırda əldə edilmiş ərazilərdə möhkəmlənir.

“Dünən olduğu kimi bu gün də Şərqdə gərgindir. Düşmən Kupyansk, Limansk, Avdiivsk və Marinsk istiqamətlərində hücumlarını davam etdirib”, – açıqlamada deyilir.

Nazir müavininin sözlərinə görə, Baxmut istiqamətinin cənub cinahında döyüşlər davam edir və irəliləyiş var.

Ukrayna ordusu Baxmutda irəliləyir – Nazir müavini

1688326191 130223902 5c09f4c5c445772f381fb5364a23b4e07b7ef5dc.jpg

Ukrayna hərbçiləri müxtəlif istiqamətlərdə hücum əməliyyatları aparır.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

O, Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində irəlilədiyini qeyd edib.

Nazir müavini Baxmutda vəziyyətin qeyri-sabit olaraq qaldığını vurğulayıb .

Anna Malyarın sözlərinə görə, Ukrayna silahlı qüvvələri Zaporojye istiqamətində hücum zamanı Rusiya ordusunun son dərəcə ciddi müqaviməti ilə üzləşir.