Ukrayna Qərb silahları ilə Rusiyanı vuracaq – Putin xəbərdarlıq etdi

1717133311 107096015 1659096802343 Gettyimages 1242173183 69842321.jpeg

Ukrayna müttəfiqlərini Qərbin verdiyi silahlardan Rusiya daxilində zərbələr endirmək üçün istifadə etməyə icazə verməyə çağırıb.

Ukraynaa Prezidenti Volodimir Zelenski mayın 20-də “Reuters” agentliyinə bildirib ki, Kiyev müttəfiqləri ilə Qərb silahlarından sərhəddə və Rusiya daxilində zərbələr endirmək barədə danışıqlar aparıb.

Onun sözlərinə görə, danışıqlar “müsbət heç nə” verməyib, lakin bəzi tərəfdaşlar məsələ ilə bağlı ritorikasını dəyişib.

Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı NATO üzvlərinə xəbərdarlıq edib ki, onlar Ukraynaya Rusiya daxilindəki hədəflərə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməyə icazə verməklə odla oynayırlar.

“Daim eskalasiya ciddi nəticələrə gətirib çıxara bilər”, – Putin Daşkənddə jurnalistlərə deyib. “Demək çətindir – onlar qlobal münaqişə istəyirlərmi?”, – o əlavə edib.

Putin qeyd edib ki, Ukraynanın Rusiyaya uzaqmənzilli silahlarla zərbələri Qərbin peyki, kəşfiyyatı və hərbi yardımına ehtiyac duyacaq, beləliklə, Qərb birbaşa münaqişədə iştirak edəcək. O , Fransa qoşunlarının Ukraynaya göndərilməsinin qlobal münaqişəyə doğru bir addım olacağını deyib.

Avropadakı NATO üzvlərindən danışan Putin deyib ki, oradakı kiçik ölkələr kiçik ərazilərə və çox sıx əhaliyə malik olduqları üçün “nə ilə oynadıqlarını bilməlidirlər”.