Ukrayna Silahlı Qüvvələri Baxmutda yeni əraziləri işğaldan azad edib

6f780a02168388921122572438010493959.jpg

Ukrayna Silahlı Qüvvələri Baxmut şəhərində yeni əraziləri işğaldan azad edib.

Avtor.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Aidar” batalyonu məlumat yayıb.

Bildirilib ki, İvanovskoye kəndi yaxınlığındakı ərazilər işğaldan azad olunub.

Qeyd edək ki, daha əvvəl Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başladığını etiraf etmişdi.