Ukraynada daha iki azərbaycanlı həlak oldu

459185559 453913674333192 5691269483315804948 N.jpg

Rusiya-Ukrayna müharibəsində daha iki azərbaycanlı həlak olub.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna tərəfdən döyüşlərə qatılmış Naxçıvan sakini Novruzov Surət Baba oğlu endirilən zərbələr nəticəsində həyatını itirib. Onun cənazəsi ötən gün Naxçıvan MR-in Kəngərli rayonuna gətirilərək dəfn edilib.

Bundan başqa, Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Ələt qəsəbə sakini Cəfər Mustafayev də Ukraynanın hücumu zamanı həlak olub.