Ukraynada həlak olan İlkinin nəşi Azərbaycana gətirilir

1678710966 0x0 ukraynada trajik goruntuler cocuklarin kiyafetlerine yapistiriyorlar 1645624029161.jpeg

Bir neçə gün öncə Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi İlkin Hacızadə həyatını itirib.

Bu barədə Modern.az-a Ukraynanın Vinnitsa vilayətinin Mərkəzi Hərbi Komisarlığının nümayəndəsi Valentin Sergeyeviç bildirib.

Komisarlığın nümayəndəsi vurğulayıb ki, həlak olan hərbçi Azərbaycanda dəfn olunacaq:

“Həyatını itirən hərbçi ilə bağlı əlavə məlumat verilə bilməyəcək. Onun nəşi ailəsi tərəfindən bu yaxınlarda Azərbaycana aparılacaq”.

Qeyd edək ki, Ukrayna ordusunun baş əsgəri İlkin Hacızadə ötən həftə Donbas istiqamətində həlak olub. Əslən Azərbaycanın Mingəçevir şəhərindən olan İ.Hacıyev Ukraynanın Vinnitsa şəhərində yaşayıb.