Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanın NATO-ya üzvlüyü barədə danışıb.
Avtor.az “Unian”a istinadən xəbər verir ki, o, məsələnin perspektivini şərh edib.
“Ukraynanın NATO-ya üzvlüyü barədə danışmaq tamamilə qeyri-realdır”, – deyə Siyarto deyib.
O, həmçinin bəyan edib ki, Macarıstan NATO-nun bu hərbi alyansla Rusiya arasında birbaşa hərbi münaqişəyə səbəb ola biləcək heç bir qərarını dəstəkləməyəcək.
Qeyd edək ki, Macarıstan Serbiya ilə birlikdə Aİ-nin ən Rusiyayönümlü ölkəsi hesab olunur.

