Uraldakı Azərbaycan diasporu rəhbərinin oğlu saxlanılıb

60c22ac6 11be 393c 8152 cd889a066491 850.jpg

Rusiyanın Yekaterinburq şəhərində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri, vəkil Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “E1.ru” məlumat yayıb.

İddialara görə, Mutvali iyulun 1-də atası saxlanlarkən “Gelandewagen” markalı avtomobillə hüquq-mühafizə orqanı əməkdaşına xəsarət yetirib. Ona qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü məlum deyil.

Hazırda o, İstintaq Komitəsində dindirilir.