Ürək tutumasına görə təyyarə Bakıya endi

1692770667 1c038a5c e50e 30ff ab9f 679de378a9b5 850.jpg

Manila-İstanbul reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Buna səbəb təyyarədə olan sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması – 45 yaşlı qadın) olub.

“Airbus A350” təyyarəsi yerli vaxtla saat 03:30-da Bakı hava limanına eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib. Təyyarə yerli vaxtla saat 05:07-də ​​Bakıdan İstanbula yola düşüb.