Vahid Qədim polisə çağırılıb – Açıqlama

1763034455 screenshot

Tanınmış meyxanaçı Vahid Qədim (Hazırda Rusiyada yaşayır) bir neçə gün əvvəl sevgilisini bıçaqlaması ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

“Ölkə.Az” xəbər verir ki, o, bu barədə RTV-yə açıqlama verib.

Tanınmış söz ustadı bildirib ki, bu məsələ ilə bağlı saxlanılıb və polis tərəfindən dindirilib:

“Mən bu yaşıma qədər, üzr istəyirəm, üzərimdə bıçaq, balta, silah – belə şeylər gəzdirməmişəm. O, özünə qəsd edib. Hadisə vaxtı heç mən orada olmamışam. Başqa şəhərdə idim. Uçub gələndə məni saxladılar. Daha sonra dindirdilər. Qısqanclıqdan edib – “bu mahnını kimə yazmısan?”, “o klipdə kimdir?” – nə bilim, hərə bir cürdür. Məndən şikayət etməyib. Hazırda qadın reanimasiyadadır”.