Vaksinasiya olunmuş şəxslərin yaş qrupları üzrə statistikası açıqlanıb

0c2a1b8e164502973053221638911003136.jpg

Ölkədə vaksinasiya olunmuş şəxslərin yaş qrupları üzrə statistikası açıqlanıb.

Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin əməkdaşı Əlcəfər Cəfərov “Fəaliyyət üçün məlumat”: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olma” mövzusunda tədbirdə məlumat verib.

O bildirib ki, 65 və yuxarı yaş qrupunda vaksinasiyadan keçən əhalinin sayı 675961 nəfərdir: ‘Onlardan 407132 nəfəri I doza, 371771 nəfəri II doza, 272052 nəfəri “buster” doza vurdurub. 50-65 yaş aralığında vaksinasiyadan keçənlərin sayı 1911704 nəfərdir. Onlardan 1301622 nəfəri I doza, 1208724 nəfəri II doza, 889954 nəfəri isə “buster” doza vurdurub. 40-49 yaş aralığında olan 1310947 nəfər peyvənd olunub. Onlardan 892837 nəfəri I doza, 819806 nəfəri II doza, 542277 nəfəri isə “buster” doza vurdurub.

30-39 yaş aralığında olan vaksinasiyadan keçən şəxslərin sayı isə 1775285 nəfərdir. Onlardan 1200257 nəfəri I doza, 1088641 nəfəri II doza, 663151 nəfəri isə “buster” doza üzrə vaksinasiyadan keçib. 18-29 yaş aralığından vaksinasiyadan keçən əhalinin sayı isə 1810622 nəfərdir. Onlardan 12 63466 nəfəri I doza, 1109708 nəfəri II doza, 511 002 nəfəri isə “buster” doza vurdurub. 18 yaşdan aşağı vaksinasiyadan keçən əhalinin sayı isə 263 4614 nəfərdir. Onlardan 4933 nəfəri I doza, 2387 nəfəri II doza, 252 nəfəri isə “buster” doza vurdurub”.

İndiyədək vaksinasiyadan keçən əhalinin ümumi sayı isə 10 119 133 nəfərdir.