“Virusun yeni ştamları qazanılmış immunitetdən müəyyən dərəcədə yayına bilir”.
Bbunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, kütlə immunitetinin formalaşması o vaxt epidemik prosesin sönməsinə səbəb olur ki, vaksinasiya və ya xəstəliyi keçirdikdən sonra əhalinin yetərli hissəsində yaranan immunitet onun yüksək qoruyuculuq müddəti dövründə əldə olunsun:
“Yeni koronovirus infeksiyasında qazanılmış immunitetin qoruyuculuq müddəti təxminən 6 aydan sonra zəiflədiyindən təkrar buster, yəni gücləndirici dozaya ehtiyac yaranır”.
O həmçinin əlavə edib ki, virusun mutasiyası nəticəsində onun yoluxuculuq qabiliyyəti artdığından əhalinin daha çox hissəsinin, yəni 80-85%-nin qeyd olunan vaxt çərçivəsində immunitet əldə etməsi tələb olunur:
“Həmçinin nəzərə alınmalıdır ki, virusun yeni ştamları qazanılmış immunitetdən müəyyən dərəcədə yayına bilir”.
Baş infeksionist əlavə edib ki, qloballaşan dünyada pandemiyanın başa çatması üçün bir ölkə daxilində deyil, əksəriyyət insanların eyni vaxtda populyasion immunitetə sahib olması tələb olunur:
“Ölkəmizə nəzər saldıqda görürük ki, əhalinin təxminən 48%-i iki doza, 31%-i isə buster doza almışdır.Yəni bunlar hələ də ümumiyyətlə epidemiyanın sönməsi üçün tam yetərli olmasa da əksər məhdudiyyətlərin götürülməsinə baxmayaraq yoluxma hallarında xeyli azalmalra gətirib çıxarıb” – o deyib.

