Vladimir Jirinovski ölüb

1648199265 ee1afc35 6436 376a a09d fa64d67bf7b6 850.jpg.pagespeed.ce .4R6qxu6by9.jpg

Rusiyalı siyasətçi, Rusiya Liberal Demokratik Partiyasının (RLDP) sədri və Dövlət Dumasının deputatı Vladimir Jirinovski 75 yaşında ölüb.

Bu barədə onun partiyadaşı, senator Aleksandr Pronyuşkin məlumat verib.

Onun sözlərinə görə, siyasətçi Moskva klinikasında keçinib.

Qeyd edək ki, daha öncə “Mash” teleqram kanalı V.Jirinovskinin bu gün səhər yerli vaxtla 10:45-də öldüyünü bildirmişdi.