Vüqar Əliyev AZƏRTAC-a sədr təyin edildi

1669632064 azertaga.jpg

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinə yeni sədr təyin edilib.

Prezident İlham Əliyevin sərəncamına əsasən, bu vəzifəyə Vüqar Əliheydər oğlu Əliyev gətirilib. O, əvvəllər də AZƏRTAC-da çalışıb.

Qeyd edək ki, AZƏRTAC-ın sabiq İdarə Heyətinin sədri Aslan Aslanov noyabrın 19-da vəzifəsindən azad edilib.