Vyetnam beynəlxalq uçuşlara qoyulan məhdudiyyətləri ləğv edib

F1b1ba6f 2fe4 38fa 9222 e65355b91098 850.png

Vyetnam COVID-19 səbəbiylə beynəlxalq uçuşlara qoyulan məhdudiyyətləri rəsmi olaraq ləğv edib.

Bu barədə Avtor.az “TASS”a istinadən xəbər verir.

Vyetnam Mülki Aviasiya İdarəsi bildirib ki, bu gündən etibarən bütün istiqamətlərə beynəlxalq uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılacaq, lakin sərnişinlər yerli hakimiyyət orqanları tərəfindən təsdiq edilmiş karantin tələblərinə əməl etməlidirlər.

Yanvarın 1-də Vyetnam hökuməti Tayland, Kamboca, ABŞ və Sinqapur da daxil olmaqla bir sıra beynəlxalq istiqamətlərə müntəzəm kommersiya uçuşlarının bərpasına icazə verib.

Qeyd edək ki, 2020-ci ilin mart ayından Vyetnam koronavirus infeksiyası səbəbindən sərhədlərini bağlayıb və bütün beynəlxalq uçuşları dayandırıb.