Xaçmazda ər və arvadın ölümü ilə bağlı cinayət işi açıldı

1681114203 2513835.jpg

Aprelin 10-u saat 02 radələrində Xaçmaz rayonu Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Aslan Tarıverdiyev və Rumayə Tarıverdiyeva ər-arvad olub.