Xaçmazda üç ay əvvəl özünü kanala ataraq intihar edən qadının meyiti tapılıb

0801b20e162783595358668443110971592.jpg

Xaçmazda üç ay əvvəl özünü kanala ataraq intihar edən Səlminaz Rüstəmovanın meyiti tapılıb.

Bu barədə onun yaxınları məlumat verib.

1971-ci il təvəllüdlü S.Rüstəmovanın meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən Şabran rayonu ərazisindən keçən kanalda aşkar edilib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, S.Rüstəmova yanvarın 4-də özünü Samur-Abşeron kanalına atıb. Onun atası da uzun illər əvvəl özünü eyni kanala ataraq intihar edib.