Xaçmazda yıxılaraq ölən kişinin kimliyi məlum olub.
O, Xaçmazın Köhnə Xaçmaz kənd sakini, 1974-cü il təvəllüdlü Səhman Habil oğlu Əliyevdir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, S.Əliyev “Məkan” adlanan ikimərtəbəli kafedən çıxarkən ehtiyatsızlıqdan yıxılıb və ağır xəsarətlər alıb.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası gəlsə də, onun həyatını xilas etmək olmayıb.

