Xankəndinin ən yaşlı sakininin ehtiyatda olan polkovnik oğlu vəfat etdi

380532756 876567687225561 5059586561494752641 n.jpg

Uzun müddət daxili işlər orqanlarında çalışmış, ehtiyatda olan polis polkovniki Telman Qasımov vəfat edib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumata görə, əvvəllər bir sıra vəzifələrdə çalışmış, eləcə də Horadiz qəsəbə polis bölməsinə rəhbərlik etmiş T.Qasımov xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, T.Qasımovun 95 yaşlı anası Aytəkin Hüseynova hazırda Xankəndi şəhərinin ən yaşlı sakini hesab edilir.