Xarkov meri: Rusiya işğalçıları yaşayış evlərinin 15 faizini dağıdıb

Fd45c64e164870459237008968610278135.jpg

Rusiya qoşunları Xarkov şəhərində yaşayış evlərinin 15%-ni dağıdıb.

Bu barədə Xarkov meri İqor Terexov telemarafon zamanı bildirib.

“Son 35 gün ərzində Xarkov şəhərində ümumilikdə 1531 obyekt, o cümlədən 1292 yaşayış evi dağıdılıb. Rusiya ordusu 76 orta məktəbi, 54 uşaq bağçasını, 16 xəstəxananı dağıdıb. Ümumilikdə 239 inzibati bina dağılmış vəziyyətdədir”, – deyə Terexov bildirib.

Qeyd edilib ki, Xarkov müharibə başlayandan bəri davamlı olaraq gündəlik atəşə tutulur. Yerli sakinlərin təxminən üçdə biri şəhəri tərk edib.