“Xəyalət ovçuları” filminin rejissoru vəfat edib

4990974d164481809589165480010367069.jpg

Kanadalı rejissor Ayvan Raytman vəfat edib.

75 yaşlı rejissor şənbə günü, evində dünyasını dəyişib.

1946-cı ildə Çexoslavakiyada doğulan A.Raytmanın ailəsi 1950-ci ildə Kanadaya köçüb.

A.Raytman bir sıra məşhur filmlərin rejissor və prodüserliyini edib. Onların içində “Xəyalət ovçuları” filmləri daha çox seçilir. Bundan başqa o, “Bethoven” və “Bethoven 2” və başqa ekran işlərinin də prodüseri olub.