Xəz dəri məmulatları aşkar edilib

7047a8144af1f793f635563d34464c0b.jpg

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xəz dəri məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Belə ki, baş idarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Moskva-Bakı aviareysi ilə gələn iki nəfər sərnişin gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı sərnişinlərə məxsus yüklərdən 10 ədəd xəz dəri məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.