Xilas Günü – 15 iyun!

Ac35912bae3b2b57e99a79cc14cd2b58.jpg

15-iyun Milli Qurtuluş Günü müasir Azərbaycanın dövlətçilik tarixində ən əhəmiyyətli günlərdən biri hesab edilir. Məhz həmin gün Ulu Öndər Heydər Əliyev müstəqilliyini yeni bərpa etmiş, lakin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmış, separatizm meyllərinin alovlandığı gənc Respublikanı xilaskarlıq missiyasını və bu işin bütün ağırlığını öz çiyinlərinə götürərək xilas etdi. O zaman Naxçıvanda olan və burada böyük işlər görən dahi Lider Azərbaycan xalqının təkidli tələbi ilə Bakıya gəldi, Ali Sovetə sədr seçildi. Dərin siyasi savadı, uzaqgörənliyi və müdrikliyi sayəsində ilk öncə daxili siyasi qarşıdurmaların öhdəsindən məharətlə gəldi. Ölkədə siasyi sabitliyə nail oldu. Cəbhə xəttində müvəqqəti atəşkəsə nail olmaqla, bu gün Müzəffər Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin təməlini qoydu. Ulu Öndər ona qarşı yönəlmiş qəsdlərdən çətin dönəmdə uğurla çıxdı. Ümummilli Lider böyük təcrübəsi sayəsində xalqın inamını özünə qaytardı, ölkədə sabitlik, əmin-amanlıq yaratdı. Bəli dövlətçilik tariximizin bu çətin dönəmində Heydər Əliyev əsl Liderə xas olan müdriklik və qətiyyət göstərərək, bütün maneələri dəf etdi, memarı olduğu Azərbaycan beynəlxalq birliyin bərabərhüquqlu subyektinə çevirə bildi. Onun müdrük addımları nəticəsində stabil və davamlı inkişafın təməlini qoyuldu. Qeyd edək ki, 15 iyun tarixi 1998-ci ildə dövlət bayramı statusu aldı. Məhz bu günüqədirbilən Azərbaycan xalqı hər il böyük coşqu və qürur hissi ilə qeyd edir. Ümummilli Lider çox qısa bir müddətdə milli dövlətçiliyimizin hüquqi-qanunvericilik bazasını qabaqcıl ölkələrin təcrübəsini əsas götürərək yaratmaqla, istiqlalımızın əbədi və dönməz xarakter almasına nail oldu. Milli Qurtuluşumuz özünü, həm də ölkədaxili problemlərin həll edilməsində, Ölkəmizin gələcəyinə hesablanmış əhəmiyyətli beynəlxalq kontraktların bağlanmasında, mühüm konvensiyalara və nüfuzlu beynəlxalq təşkilatlara qoşulmasında göstərdi. Məhz Onun şəxsi nəzarəti ilə 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin özülünü təşkil edən müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Bununla daha genişmiqyaslı islahatlar aparılması, vətəndaş cəmiyyəti, hüquqi dövlət yaradılması üçün hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Məhz bu baxımdan 15 iyun Azərbaycanın anarxiyadan, parçalanma və məhvolma təhlükəsindən qurtulduğu, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ulu Öndərin söylədiyi kimi; “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” bütün dövrlər üçün xalqımızın mübarizlik şüarıdır. Bu gün Azərbaycan Ümummili Lidein qoyduğu siyasi xəttə sadiq qalaraq daha da inkişaf edir, tarixi nailiyyətlərə imza atır. Ölkəmiz Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə heç vaxt olmadığı qədər beynəlxalq imicə nail olub. Bütün sahələr üzrə böyük inkişaf və tərəqqi əldə etmiş Azərbaycan artıq regional münasibətlərdə əsas söz sahibinə çevrilib. Artıq Qurtuluş yolumuz 30 ildir ki, uğurla davam edir. İnanırıq ki, Ölkəmiz bundan sonra da bu uğurlu yolla gedərək daha böyük uğurlara nailiyyətlərə imza atacaqdır.

Ramin Aslanov;
Neftçala rayon sakini, ədliyyə işçisi