XİN-dən mina təhdidi ilə bağlı ÇAĞIRIŞ

1689271143 547d37ae d642 3edb 8014 dffb7f6b0e01 850.jfif 1.jpg

Azərbaycan Xarici İşlər Nazirliyi Kəlbəcərdəki arıçının yaralanması ilə nəticələnən mina partlayışı ilə əlaqədar Ermənistanın bu təhdidinə göz yummamağa çağırır.

Bu barədə XİN tviterdə paylaşım edib.

“Bu gün Ermənistanın yerləşdirdiyi növbəti minanın partlaması nəticəsində Kəlbəcərdə bir arıçı ağır yaralanıb, Azərbaycanda 2020-ci ilin müharibəsindən sonra qurbanların sayı 303 nəfərə çatıb.

Azərbaycan Ermənistandan qaynaqlanan mina təhdidinə göz yummamaq çağırışını yeniləyir”, – paylaşımda qeyd olunub.