XİN Tacikistana başsağlığı verdi

1693211199 208dc931 4ea6 337b 8022 4e462d5b593e 850.jpg

Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistana başsağlığı verib.

Bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

“Tacikistanın bir sıra bölgələrində leysan yağış və torpaq sürüşməsi nəticəsində çoxlu sayda insan tələfatı xəbəri dərindən kədərləndik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Dost Tacikistan hökuməti və xalqı ilə həmrəyik”.