Xınalıq və Qırız kəndlərinə 30 santimetrədək qar yağıb

Qar.jpg

Aprelin 15-i gecə saatlarından başlayaraq Quba və Qusarın yüksək dağlıq ərazilərinə qar yağır.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, Qubanın Xınalıq və Qırız kəndlərinə 30 santimetrə yaxın qar yağıb. Hazırda bu yaşayış məntəqələrinə güclü qar yağmaqda davam edir.

Qusarın Ləzə kəndində isə qarın hündürlüyü 4 santimetrə çatır. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 1 dərəcəyədək düşüb.