Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək bir qanlı cinayətdir

17721058921842728788 scaled

Xatirələrimizdə ancaq qanlı hadisələrin, qətliamların yaşandığı yer kimi qalmış Xocalı, artıq şanlı bayrağımızın dalğalandığı, abadlıq, quruculuq məkanına çevrilib. Bu gün Xocalı da, xocalılar da çox sevinir.

Xocalı qurbanlarının ruhu şaddır. Çünki, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan və bu siyasəti azərbaycanlılara qarşı soyqırım, etnik təmizləmə kimi qanlı aktlarla icra edən Ermənistan tarixi dərsini alıb. Bu tarixi ədalətin təntənəsidir. Şəhidlərimizin, günahsız qurbanlarımızın qanı yerdə qalmayıb. Düşmən Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli, Qalib Azərbaycan ordusu tərəfindən döyüş meydanında darmadağın edilib. Ölkə başçısı cənab İlham Əliyevin 26 fevral tarixində Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü böyük tarixi hadisə idi. Cənab Prezident məhz xocalıların iştirakı Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Xocalıda yaradılmış Memorial Kompleksin açılışını etməsi xatirələrdə əbədi həkk olunacaqdır.

Qeyd edək ki, Ölkə başçısı iki il əvvəl Kompleksin təməlini də məhz xocalıların iştirakı ilə qoymuşdu. Bəli, bu gün qürurla deyə bilirik ki, Azərbaycanın bütün sərhədlərində şanlı üçrəngli bayrağımız dalğalanır, suverenliyimiz tam təmin edilib. Ermənistan və ona havadarlıq edən qüvvələrin dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında mövcudluğunu saxlamağa çalışan separatizm yuvası məhv edilib. Qarabağ cinayətlərində əlləri olan Azərbaycan qanunları qarşısında cavab veriblər. Əlbəttə ki, Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək bir qanlı cinayətdir.

“Xocalı azad olunmadan biz sakitləşə bilməzdik” deyən Ali Baş Komandan tərəfindən 2023-cü ilin oktyabrın 15-də məhz Xocalıda şanlı üçrəngli bayrağımızın ucaldılması tarixi ədalətin təntəsəni idi. Ölkə rəhbərinin ardıcıl, məntiqli siyasəti nəticəsində qısa zamanda həyata keçirilən bərpa-quruculuq işləri sayəsində bu gün məcburi köçkünlərin öz tarixi ata-baba yurdlarına qayıdaraq, burada əbədi xoşbəxt, təhlükəsiz şəraitdə yaşayışı təmin olunur. Bir zamanlar ölü zonaya çevrilmiş tarixi yurdlarımızda həyat canlanır.

Səidə Rzayeva
Neftçala rayonu